“Azərbaycanı xəyal qırıqlığına uğratdıq” – Lixtenşteyn Futbol Federasiyası bizə acıq verdi

2.10.2026 14:33 81
Ölkə futbolu / Manşet
Lixtenşteyn Futbol Federasiyası milli komandalarının dünən Millətlər Liqasının D liqasında yığmamıza qarşı keçirdiyi oyunla bağlı yazı dərc edib.

“Football-plus.az” “lvf.li” saytına istinadla həmin məqaləni təqdim edir:

“Millimiz Millətlər Liqasının yeni mövsümündə keçirdiyi ikinci oyunda Azərbaycan ilə qolsuz heç-heçə etdi. Konrad Fyunfştyukun komandası yüksək səviyyəli performans sərgilədi və şanslı, amma haqq edilmiş xal qazandı. Məlumdu ki, millimiz, əsasən, qeyri-peşəkar futbolçulardan qurulub. Bu səbəbdən oyunçular fiziki baxımdan problem yaşayırlar. Ancaq hamımız gördük ki, komanda əlindən gələnin ən yaxşısını etdi və Azərbaycanı xəyal qırıqlığına uğratdıq. Rəqibin hücumları dəfələrlə əngəlləndi. Çünki komandamız yaxşı təşkilatlnmışdı və futbolçular bir-birinə dəstək olmağa çalışırdı. Öz aramızdı, oyunun sonlarında qələbə qolunu da vura bilərdik. Təəssüf ki, Andrin Netser qeyri-dəqiq zərbə ilə önəmli fürsəti puç etdi”.

KƏNAN BAHADIR