“Qarabağ” “Zirə” ilə qarşılaşacaq - nə vaxt, harda?

1.10.2026 17:10 144
Ölkə futbolu
“Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ”la yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matç oktyabrın 3-ü, saat 17.00-da “Azərsun Arena”da start götürəcək.

Oyuna yalnız media nümayəndələri buraxılacaq.