İtaliya klubunda zəruri dəyişiklik

1.10.2026 10:31 72
Dünya futbolu
Bir neçə gün əvvəl “Parma”nın baş məşqçi vəzifəsindən azad edilən Karlos Kuestanın xələfi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komandaya Alberto Cilardino təyin olunub. İtaliya klubun yaydığı məlumata görə, 44 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sözləşmədə müqavilənin daha 2 mövsüm uzadılması ilə bağlı bənd də var.

Cilardino 2002-05-ci illərdə “Parma”nın formasını geyib. O, bu komandada 116 oyun keçirib və 56 qol vurub. Komanda hazırda A seriyasının turnir cədvəlində 15-ci yeri tutur.