Bu gün keçirilən mətbuat konfransında Lixtenşteyn yığmasının aparıcı oyunçularından Alessio Hasler də sualları cavabladı.
- Biz Bakıya Maltadan səfər etmişik. Azərbaycanla görüşə çox yaxşı hazırlaşmışıq. Səbirsizliklə oyunun başlamasını gözləyirik. Komandada əhval-ruhiyyə yaxşıdı. Yüksək səviyyədə hazırlıq keçmişik. Bakıya yaxşı nəticə qazanmaq üçün gəlmişik.
- Rəqibi təhlil etmək fürsətiniz olubmu?
- Rəqibin güclü və zəif tərəflərini bilirik. Sabahkı oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
İSRAYIL XEYRULLAYEV
“Rəqinin güclü və zəif tərəflərini bilirik” – Alessio Hasler
Ölkə futbolu






