“Maksimum nəticə toplamağa gəlmişik” - millimizin müdafiəçisi

4.09.2025 23:05 26
Aktual / Müsahibə
Milli komandamız İslandiya yığması ilə oyundan əvvəl son məşqinə çıxıb.

Media üçün açıq məşqdən əvvəl yığma komandanın və “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov “Football-plus.az”a müsahibə verib.

- Sabahkı oyun haqda fikirlərin nədi? Nə gözləyirsən, necə hazırlaşmısız?
- Fikrimcə, yaxşı hazırlaşmışıq. Zəif və güclü tərəflərini analiz etmişik. Burdan Azərbaycana əliboş qayıtmaq istəmirik.

- Saat fərqi sizə problem yaratmır ki? Dörd saat ciddi vaxtdı. Uyğunlaşma prosesiniz tamamlanıb?
- Bura erkən gəlmişik. Məncə, heç bir problem yoxdu. Fikrimcə, yaxşı hazırlaşmışıq.

- Sabah nəyə ümid edək?
- Mənim ümidim yaxşıdı. Komandamıza güvənirik. Maksimum nəticə toplamağa gəlmişik. Hər şey yaxşı olacaq.

- Dişimizə görə ən uyğun rəqib elə İslandiyadı. Sənin gözləntin nədi? Qrupu ikinci yerdə başa vura bilərik? Üçüncü olsaq, bu da uğur hesab edilə bilər?
- Sabahkı oyun haqda fikirləşirik. Növbəti rəqiblər haqda gələn səfər danışarıq.

- Yəqin ki, müdafiənin sol cinahında sən yer alacaqsan. Üzərinə böyük iş düşəcək. Rəqibi xüsusi olaraq öyrənmisən? Daha doğrusu, məsuliyyətinin fərqindəsən?
- Məşqçilərin tapşırıqları var. Mən də çalışacam ki, əlimdən gələnin maksimumunu edim.

MAHİR, Reykyavik
Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.