"İlk oyunda qələbə qazanmaq istəyirik" - Zabitser

23.03.2023 19:47 256
Dünya futbolu
Avstriya millisinin futbolçusu Marsel Zabitser sabah Azərbaycana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi görüş haqda fikirlərini səsləndirib:

"İlk oyunda qələbə qazanmaq istəyirik. Rəqibi yaxşı təhlil etmişik, onların güclü-zəif tərəflərini bilirik. Avropa çempionatına qatılmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik.

Kiçik ölkələr də inkişaf edib. İnanıram ki, oyunun taleyini xırda detallar təyin edəcək. Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik".