Bolqarıstan futbolunda cinayət hadisəsi baş verib.
"Football-plus.az" xəbər verir ki, “Botev” klubunun prezidenti İliyan Filipov qətlə yetirilib.
Hadisə sentyabrın 29-da gecə saatlarında Filipov komandanın oyunundan sonra evə qayıdarkən baş verib. Məlumata görə, iş adamı yaşadığı evin yaxınlığında başından bir güllə ilə vurularaq öldürülüb.
Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Hüquq-mühafizə orqanları qatilin Filipovu yaşayış kompleksinin yaxınlığındakı meşəlik ərazidə gözləmiş ola biləcəyini ehtimal edirlər.
Futbol funksioneri öldürüldü
Dünya futbolu






