Avropa Liqasının Romada keçirilən matçı ərəfəsində insident baş verib.
İtaliya paytaxtının mərkəzində “Brayton”un iki azarkeşi zorakılığa məruz qalaraq qarət edilib. “La Gazzetta dello Sport”un yaydığı xəbərə görə, hadisə axşam saatlarında Kolizey yaxınlığında baş verib. 28 və 29 yaşlı iki britaniyalı azarkeş kömək üçün restorana yaxınlaşıb. Onların sözlərinə görə, təxminən 6-7 şəxsin hücumuma məruz qalıblar.
Azarkeşləri ayaqlarından bıçaqlayan həmin şəxslər onların pulqabı və sənədlərini oğurlayıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların həyatının təhlükədə olmadığı bildirilib.
Polisin ilkin məlumatlarına görə, “Roma” azarkeşlərinin bu insidentlə əlaqəsi olmayıb.