Mutsinzi oynadı, komandası qalib gəldi

17.10.2024 03:53 292
Dünya futbolu
“Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasının heyətində meydana çıxıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Benini ilə qarşılaşmada iştirak edib. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.

Matç Ruanda millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.