Cəmi 2484 bilet... – yığmamızı Lixtenşteyn önündə tək qoymayaq!

30.09.2026 10:45 27
Ölkə futbolu / Manşet
Azərbaycan yığması oktyabrın 1-də Millətlər Liqasının D liqasında növbəti oyuna çıxacaq. Lixteynşteynlə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Əlbəttə, qələbə, özü də böyükhesabılı qələbə gözləyirik.

Bu matçın biletləri sentyabrın 7-də satışa çıxarılıb. Belə ki, “iTicket” platformasında 21 sektor üzrə bilet əldə etmək mümkündü. Amma 22 gün ərzində cəmi 2484 bilet satılıb ki, bu da adamı üzən məqamdı.

“Football-plus.az” sizə sektorlar üzrə satılan biletlərin sayını təqdim edir: “Zəngilan” VİP – 66, “Cəbrayıl” VİP – 33, “Ağdam” VİP – 19, “Şuşa” VİP – 9, “Xankəndi” VİP – 129,

“Laçın” VİP – 106, Sektor 19 – 19, Sektor 18 – 492, Sektor 17 – 341, Sektor 16 – 682, VİP D2 – 20, VVİP D – 38, VİP B – 13,

VİP A – 9, VİP C2 – 28, VVİP C – 38, Sektor 13 – 102, Sektor 12 – 250, Sektor 11 – 85, Sektor 10 – 85. “Kəlbəcər” VİP-in biletləri satışa çıxarılsa da, hələ bu sektordan bilet alınmayıb.

Göründüyü kimi, bu gedişlə yığmamız Tacikistanın ardından Lixtenşteynlə də boş tribunalar önündə oynayacaq. Amma futbolsevərlərdən qarşıdakı günlərdə bu istiqamətdə daha fəal olmağı, yığmamızı dəstəkdən məhrum etməməyi xahiş edirik. Böyük qələbələrə yol belə kiçik rəqiblərlə oyunlardan keçir!

İSRAYIL XEYRULLAYEV