"Qarabağ" bu sektorlara azad olunan rayonların adlarını verdi

25.09.2025 12:56 34
Avrokuboklar
"Qarabağ" avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.

Bundan sonra tribunalar belə adlandırılacaq

VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP

VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP

Biletlər bu gün saat 15.00-dan satışda olacaq və azarkeşlər "iTicket.az" mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər. Qiymətlərlə bağlı daha sonra ətraflı məlumat veriləcək.