Messi Kariokaya bir qədər də yaxınlaşdı

30.09.2026 10:34 18
Dünya futbolu
Lionel Messi bir neçə gündən sonra Argentina yığmasında sonuncu dəfə meydana çıxacaq. Dünya şöhrətli futbolçu hələlik klubundakı məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-in “Kolumbus Kryu” ilə oyununda növbəti qoluna sevinib. Amma onun qolu komandasını 1:2 hesablı məğlubiyyətdən xilas etməyib. Bu qolla 39 yaşlı Messi karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 76-ya çatdırıb. O, bu göstəricidə rekordun sahibi olan braziliyalı Marselinyo Kariokaya (78) bir qədər də yaxınlaşıb.

Maraq üçün qeyd edək ki, “Əl-Nəssr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun hesabında cərimə zərbələrindən 65 qol var.