Messi Peleyə çatdı

6.03.2026 22:59 5
Dünya futbolu
Lionel Messi möhtəşəm karyerasında növbəti uğura nail olub.

"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-in “Orlando Siti” ilə matçında (4:2) cərimə zərbəsindən 2 dəfə qapıya yol tapıb. 38 yaşlı Lionel ümumilikdə karyerasında cərimə zərbəsindən 70-ci qolunu vurub. Nəticədə bu göstəricidə əfsanəvi Pelenin uğurunu təkrarlayıb və 2-ci yerə yüksəlib.

Qeyd edək ki, bu planda rekordçu 77 qolla daha bir braziliyalı Juninyo Pernambukanodu.