Final matçı harda keçiriləcək?

1.10.2026 14:25 18
Dünya futbolu
2030-cu ildə keçiriləcək dünya çempionatının finalına hansı stadionun səhnə olacağı hələ də müəyyənləşməyib. Bununla bağlı müzakirələr davam edir.

"Football-plus.az" xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, əsas namizədlər Barselonadakı “Kamp Nou”, Kasablankadakı “Hassan II” və Madriddəki “Bernabeu” stadionlarıdı. 2029-cu ildə Çempionlar Liqasının finalını qəbul edəcək “Kamp Nou” Barselonanın əsas seçimi hesab olunur. “Barselona” rəhbərliyi və Kataloniya hökuməti arenanın mundialın finalı üçün də uyğun olduğunu bildirir. Həmçinin hazırda Kasablankada tikilməkdə olan “Hassan II” stadionunun 2027-ci ilin sonunda istifadəyə verilməsi və 115 min tamaşaçı tutumu ilə dünyanın ən böyük idman qurğularından birinə çevrilməsi planlaşdırılır.

FİFA-nın DÇ-2030-un finalının keçiriləcəyi stadionla bağlı qərarını nə vaxt açıqlayacağı da məlum deyib.