“Barselona”, necə deyərlər, yenidən yurdundan didərgin düşəcək.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu növbəti mövsümdə ev oyunlarını “Kamp Nou” stadionunda keçirməyəcək. ESPN-in məlumatına görə, komanda gələn mövsüm matçlarını “Olimpik Lyuis Kompanis”də keçirəcək. “Barselona”nın yenidən təmir olunan “Kamp Nou”ya 2028-ci ilin yanvarında qayıtması planlaşdırılır.
Klubun xəzinədarı Ferran Olive ümumi yığıncaq zamanı komandanın cari mövsümü əsas stadionunda başa vuracağını bildirib. Növbəti mövsümə isə “Monjuik” kimi də tanınan “Olimpik Lyuis Kompanis” arenasında başlayacaq.
Qeyd edək ki, “Kamp Nou”ya qayıdış zamanı stadionun tutumu 95 min olacaq. 2028/29 mövsümündən əvvəl isə bu rəqəmin 105 minə çatdırılması planlaşdırılır.
Əlavə edək ki, yenilənmiş “Kamp Nou” 2029-cu ildə Çempionlar Liqasının finalına səhnə olacaq.
“Barselona” yenidən qaçqın komanda olacaq
Dünya futbolu






