“Əsas məqsədimiz “Şirvan”ı daha da irəli aparmaqdı” - klubun vitse-prezidenti açıqlama verdi

28.09.2026 23:59 9
Ölkə futbolu
İkinci liqanın cari mövsümündə uğurlu çıxış edən komandalardan biri və bəlkə də birincisi “Şirvan”dı. Adı çəkilən komanda ilk 4 oyunun hamısında qələbə qazanmaq zirvədə qərarlaşıb. Özü də Pərviz Bayramovun çalışdırdığı şirvanlılar bu oyunların üçündə 3 və daha artıq qol vurub.

4-cü turda “Şəki”ni darmadağın edən (6:0) klubun İdman üzrə vitse-prezident Elnur Əliyev açıqlama verib:

“Bu nəticə bizi sevindirir. Komandamız ardıcıl dörd oyundu məğlub olmur və bu, futbolçularımızın əzminin, zəhmətinin nəticəsidi. Lakin bununla kifayətlənmək fikrində deyilik. Əsas məqsədimiz “Şirvan”ı daha da irəli aparmaq, komandanı möhkəmləndirmək və daha böyük hədəflərə çatmaqdı. Bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm. Onların tribunadakı dəstəyi futbolçularımıza əlavə güc verir. İstəyirik ki, azarkeşlərimiz həmişə yanımızda olsunlar. Biz birlikdə daha güclüyük. “Şirvan”ın uğuru meydanda olduğu qədər tribunada da yazılır”.

İSRAYIL XEYRULLAYEV