Polşa futbolu üçün faciəvi hadisə baş verib.
Ölkənin aşağı liqa komandalarından birində çıxış edən Oskar Kordus avtomobil qəzasında həyatını itirib.
Hadisə Polşanın qərb hissəsindəki yollardan birində baş verib. 20 yaşlı futbolçu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn başqa maşın yola çıxan maralı vurub. Heyvan güclü zərbənin təsirindən qarşı zolağa atılaraq Oskarın avtomobilinin üzərinə düşüb. Maral avtomobilin ön şüşəsini sındıraraq futbolçuya ağır xəsarətlər yetirib. Bəxtsiz futbolçu həyatı üçün təhlükəli olan xəsarətlərdən hadisə yerindəcə ölüb.
Maralı vuran avtomobilin sürücüsü isə xəsarət almayıb.
Polşalı futbolçu həlak oldu
Dünya futbolu





