Manuel Lansini arzuolunmaz vəziyyətə düşüb. O, qəza keçirib.
“Vest Hem”in yarımmüdafiəçisi komandanın məşqinə yollanarkən qəzaya düşüb. Hadisə cümə axşamı baş verib. Onu klubun bazasına aparan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozub. Maşın yoldan çıxaraq ağaca dəyib. Yerli mənbələr qəzada ciddi xəsarət alan olmadığını xəbər verib.