Milli komandadan kənarlaşdırıldı

28.09.2026 18:32 81
Dünya futbolu
Rayan Ayt-Nuri dilinin bəlasına düşüb. O, Əlcəzair yığmasından uzaqlaşdırılıb.

"Football-plus.az" xəbər verir ki, buna müdafiəçinin Zambiya ilə oyunda (3:1) məşqçilər heyəti ilə yaşadığı insident səbəb olub. “Mançester Siti”nin futbolçusu matç zamanı meydana daxil olmağa hazırlaşarkən məşqçilər heyətinin tapşırığına əməl etməyib.

Əlcəzairin ikinci qolundan sonra onun oyuna buraxılması ilə bağlı qərar dəyişib və futbolçu ehtiyat oyunçular skamyasına qayıdıb. Bir neçə dəqiqə sonra Ayt-Nuridən yenidən isinmə hərəkətlərinə başlamaq tələb olunsa da, o, məşqçilər heyətinin göstərişinə tabe olmayıb. Bundan sonra tərəflər arasında gərginlik yaranıb. Nəticədə 25 yaşlı futbolçu meydana çıxmayıb. Baş məşqçi İbrahim Həmdani isə insidentdən sonra Rayanı milli komandanın düşərgəsindən uzaqlaşdıraraq “Mançester Siti”yə göndərmək qərarına gəlib.

Ayt-Nuri mövsümün əvvəlindən MS-nin 2 oyununda meydana çıxıb.