David Alabanın işsiz günləri sona çatıb. Təcrübəli futbolçu İtaliyada qərar tutub.
32 yaşlı avstriyalı futbolçu “Udineze”yə keçib. Tərəflər birillik müqavilə imzalayıb. Daha əvvəl “Roma”, “Latsio” və “Barselona”nın da Alabanın xidmətində maraqlı olduğu barədə məlumatlar yayılmışdı.
O, 2021-26-cı illərdə “Real”ın formasını geyib. David bu müddətdə bütün turnirlərdə 132 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu bu yay azad agent statusu qazanmışdı.
İtaliyada qərar tutdu
Dünya futbolu






