Əliyar Ağayevin Gürcüstanda nə işi var?

28.09.2026 11:42 54
Ölkə futbolu
FİFA referesi Əliyar Ağayev Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Gürcüstan - Ukrayna oyununu idarə edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə videoköməkçi hakim kimi fəaliyyət göstərəcək.

Görüş bu gün Tbilisidə yerləşən “Dinamo Arena”da keçiriləcək.