Təmsilçimiz Avropa Kubokunda ilk qələbəsini qazandı

27.09.2026 21:30 36
İdman
“Buxar Sumqayıt” minifutbol komandası Avropa Minifutbol Federasiyasının (EMF) Avropa Kubokunda ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirdə təmsilçimiz Çexiyanın “Abus Kastro” komandası ilə qarşılaşıb. “Buxar Sumqayıt” 2:1 hesabı ilə qalib gəlib.

Komandamızın qollarını 17-ci dəqiqədə Murad Hüseynov və 29-cu dəqiqədə Emil Həsənzadə vurublar.

Beləliklə, “Buxar Sumqayıt” turnirdə ikinci oyununda ilk qələbəsini qazanıb.

Azərbaycan təmsilçisi ilk matçında Polşanın “Aldaç 442 Sport Pub” komandasına 2:4 hesabı ilə məğlub olmuşdu.