U-21 millimiz növbəti yoxlama oyununa çıxır

17.01.2026 11:54 12
Ölkə futbolu
Bakıda təlim-məşq toplanışında olan U-21 millimiz bu gün yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda "Şamaxı" ilə qarşılaşacaq. "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 16.00-da başlayacaq.

Xatırladaq ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi "Səbail"lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə bunadək "Sabah"a 0:2 hesabı ilə uduzub.