Marek Kalina futbolçu karyerasına qara ləkə yaxıb.
"Football-plus.az" xəbər verir ki, çexiyalı qapıçı danışılmış oyunlar və korrupsiya ilə bağlı ittihamların səbəbkarı kimi ağır cəzadan qaça bilməyib. Çexiya Futbol Assosiasiyası 29 yaşlı futbolçunu 20 il müddətinə futboldan uzaqlaşdırıb və 500 min kron (təxminən 20,5 min avro) cərimələyib.
Kalina 5 il ərzində baş verdiyi müəyyənləşdirilən 11 epizod üzrə təqsirli bilinib. Ona assosiasiyanın təşkil etdiyi bütün tədbirlərdə iştirak etmək də qadağan edilib. Nizam-intizam komissiyası qərar zamanı pozuntuların sayını, uzun müddət davam etməsini və digər sübutları nəzərə alıb. Etika Komitəsi isə hadisələrin sistemli şəkildə və maddi qazanc məqsədilə törədildiyini bildirib.
Qeyd edək ki, Kalina son vaxtlar Çexiya çempionatının 4-cü divizionunda çıxış edən “Znoymo”nun formasını daşıyıb.
Karyerasına qara ləkə yaxdı
Dünya futbolu






