“Maksın məsləhətlərinə həmişə məmnunluqla qulaq asıram. Onlar həmişə lazımdı, xüsusən də müəyyən vəziyyətlərdə. Maks əla adamdı, onun məni necə yüksək dəyərləndirdiyini görmək xoşdu. Montsadakı yarışdan sonra mənə yaxınlaşaraq təbrik etdi. Məhz belə münasibət Maksın təkcə trassda yox, ondan kənarda da çempion olduğunu göstərir. Maks uğurlarına və ustalıq səviyyəsinə baxmayaraq, müstəsna adamdı. Heç də hamı onunu bu üzünü görmür. Hərçənd son illərdə çoxları onu tanımağa başlayıb. Maksı həqiqətən yaxından tanıyandan sonra anlayırsan ki, təkcə yaxşı pilot yox, həm də əla insandı”.
Bu arada Ferstappen də Antonelliyə çempionlq uğrunda mübarizə ilə bağlı məsləhət verib:
“Kimi, sadəcə, gördüyü işi davam etdirməlidi. Hər şey yaxşıdı, onda ələ alınıb. Bu mövzuda çox həyəcanlanmamalıdı. Hərçənd həyəcanlandığını da düşünmürəm. Kiçi sabit şəkildə nəticə verir, inamlı çıxış edir və get-gedə daha çox təcrübə yığır. O hələ gəncdi, karyerasının lap əvvəlindədi, ancaq indi uçur. Nəyisə mürəkkəbləşdirməyə ehtiyac yoxdu. Ətrafında ona nə lazım olduğunu anlada biləcək çoxlu yaxşı adam var. Odu ki, hər şey uğurlu alınır”.
Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatının Bakı mərhələsi ərəfəsində turnir cədvəlinə 292 xalla Antonelli başçılıq edir. 2-ci yerdə “Mersedes”in digər pilotu Corc Rassell (211), 3-cü yerdə isə “Ferrari”nin pilotu Lüis Hemilton (191) qərarlaşıb. Ferstappen 145 xalla altıncıdı.






