Yuri Maksimov "Araz-Naxçıvan"da işə başladı

25.09.2026 11:54 27
Ölkə futbolu
Misli premyer-liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" məşqlərini bərpa edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqdən əvvəl yeni baş məşqçi Yuri Maksimov klub rəhbərliyi tərəfindən heyət üzvlərinə təqdim edilib, daha sonra 2 saata yaxın hazırlıq prosesi baş tutub.

Milli komandalara yollanan 4 futbolçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla digər futbolçular tam heyətlə məşq prosesində iştirak ediblər.