"Zirə"nin futbolçusu əməliyyat olundu

24.09.2026 23:31 189
Ölkə futbolu
"Zirə"nin futbolçusu Ktatau Türkiyədə əməliyyat olunub.

Bu barədə klub məlumat yayıb. Yarımmüdafiəçi 5-ci metatarsal (daraq) sümüyü nahiyəsindən əməliyyat keçirib.

Ktataunun təxminən 3-4 ay sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Xatırladaq ki, Ktatau cari ilin sentyabrında Portuqaliyanın “Şaviş" klubundan qəsəbə təmsilçisinin heyətinə qoşulub.