Ulduz futbolçudan etiraf: ''Fənər'' emosional cəhətdən yelləncək kimidi''

24.09.2026 18:46 225
Dünya futbolu
''Fənərbaxça''nın slovakiyalı ulduzu Milan Şkrinyar yığmanın düşərgəsində diqqətçəkən acıqlamalar verib.

Təcrübəli müdafiəçi ''Fənər''in həm emosional, həm də böyük klub olduğuna diqqət çəkib:

''Fənərbaxça''da hər zaman işlər çılğın şəkildə davam edir. İlyarımdı bu klubdayam və bu müddət ərzində 3 prezident, 3 baş məşqçi görmüşəm. Duyğusal baxımdan ''Fənər'' sanki bir yelləncəkdi. Ancaq digər tərəfdən çox nəhəng bir klubdu. 18 ildən sonra ilk dəfə Çempionlar Liqasına düşməyi bacardıq. Bu, çox mühüm bir hadisədi. Liqa mərhələsində də uğurla çıxış etmək istəyirik. Komandada çox yaxşı atmosfer var. Düzdü, mövsümə istədiyimiz kimi başlaya bilmədik. Amma çox uzaq düşməmişik və yavaş-yavaş zirvəyə yaxınlaşırıq. Hədəfimiz çempionluqdu. Düzdü, asan olmayacaq. Türkiyə çempionatının səviyyəsi çox yüksəkdi. Avropanın ən yaxşı oyunçuları və baş məşqçiləri burda toplaşıb''.