Qiyməti şahə qalxacaq

24.09.2026 16:34 54
Dünya futbolu
Mark Bernal tezliklə “Barselona” ilə müqaviləsini yeniləyəcək.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin qiyməti, necə deyərlər, şahə qalxacaq.

Yeni müqavilədə onun satış qiyməti 500 milyon avro müəyyən edilib. “Mundo Deportivo”nun xəbərinə görə, rəhbərlik yeniyetmə futbolçunun gələcəyini təmin etmək və digər klublardan mümkün maraq zamanı öz maraqlarını qorumaq istəyir.

Bir neçə həftə əvvəl Bernalın “Barselona” ilə müddəti 2031-ci ilin yayına qədər müqavilə imzalayacağı və maaşının artırılacağı haqda xəbər yayılmışdi. Kataloniyalıların yetirməsi olan futbolçu əsas komandada 2024-cü ildən oynayır.