"Football-plus.az" xəbər verir ki, o, bundan sonra Almaniya yığmasında çıxış etməyəcək.
“Brayton”un yarımmüdafiəçisi bu qərarını İngiltərə premyer-liqasının 6-cı turunun “Arsenal”la oyunundan (3:0) sonra açıqlayıb. Qross həmin oyunda komandasının qələbəsinə qol vurmaqla töhfə verib. 35 yaşlı futbolçu beynəlxalq karyerasını başa vurmasına belə aydınlıq gətirib:
“Mən artıq yığmadakı karyerama son qoymuşam. Mənim üçün hər şey dünya çempionatından sonra bitdi. Düşünürəm ki, yeni nəslə uğurlar arzulamağın vaxtıdı”.
Xatırladaq ki, Paskal Almaniya yığmasında 2023-cü ilin sentyabrında keçirilən Yaponiya ilə yoldaşlıq görüşündə debüt edib. Onda onun 32 yaşı, komandanın baş məşqçisi isə Hans-Diter Flik olub. Qross ümumilikdə milli formada 19 oyun keçirib və 1 qol vurub.






