Misli premyer-liqasının 6-cı turunda “Zirə” səfərdə “Turan Tovuz”a məğlub oldu - 1:0.
“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransı keçirdi.
- Futbolçularıma təşəkkür eidrəm. “Turan Tovuz”la oyunumuz hər zaman çətindi. Sona qədər mübarizə apardılar. Komandamı məğlub görmürəm.
- Oyunun sonlarında nə baş verdi?
- Ciddi bir şey yox idi.
- Sizi təxribata çəkirdilər?
- Ola bilər.
- Amin Seydiyevin qayd pozuntusuna görə futbolçunu qınamaq olar?
- Bizim bir çox epizodlarımızda qayda pozuntusu qeydə alınmadı. Son zamanlar dəb alıb ki, legioner məşqçilər hakimlərin üzərinə gedir. Mətbuat konfranslarında yumşaq danışsalar da, hamısı bilir nə edirlər. Hakimlər üzərində təzyiq yaradırlar.
- Bu gün “Zirə” uduzdu, yoxsa uduzduruldu?
- Bu gün biz uduzmamışıq. Biz də təzyiq göstərə bilərik, bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradırlar. Ümid edirəm ki, bu təzyiqə düşməyəcəklər.
- Bundan öncəki oyunlarda hücum xəttində daha aktiv idiz…
- Çox çətindi “Turan Tovuz”a qarşı. Düşən toplarda çox fəal idilər. Topla rahat hərəkət etməyimizə imkan vermirdilər. Komanda fiziki cəhətdən çox yaxşı idi.
- Əksər klublar bəyanat yayır…
- Tək bəyanatdan getmir söhbət. Ən çox “Zirə”yə qarşı səhvlər olub. Türkiyədə də belə hadisələr yaşanır. Ən son məqamda danışırıq. “Turan Tovuz”un xeyrinə çoxsaylı cərimə zərbəsi oldu.
- Azarkeşlər və futbolçular tərəfdən “Zirə”yə təzyiq oldu…
- Oteldə bir çox azarkeşlərlə görüşmüşük. Ümumi azarkeşlərə bağlamayaq. “Azərsun Arena”dakı oyundan sonra yaranıb. Yeni baş verən hadisədi. “Zirə”yə gəldilər, biz hansısa bir şüar səsləndirmədik. Olarsa, mən çirkinləşdirməməklərini xahiş edərəm. Bunun qarşısını almağa çalışaram. Azarkeşlər mənə nəsə deyə bilər. Nəsə olarsa, bunu aydınlaşdırarıq.
ƏSƏD SEYİDOV
"Hakimlər üzərində təzyiq yaradırlar" - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet





