Milli komandalar üçün yaranmış fasilədən istifadə edən "Qarabağ"ın futbolçusu Şahruddin Məhəmmədəliyev Səudiyyə Ərəbistanına yollanıb və keçmiş komanda yoldaşı Abdulla Zubirlə görüşüb.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı hər iki futbolçu paylaşım edib.
Zubir paylaşımına “Səni görmək həmişə xoşdu, mənim əsl qardaşım" sözlərini yazıb.
Xatırladaq ki, Zubir "Qarabağ"dan avqustda gedib. O, hazırda Səudiyyə Ərəbistanın birinci liqa təmsilçisi “Əl-Oroba”da çıxış edir.
Şahruddin Zubirlə görüşdü
Ölkə futbolu





