Klubunu dəyişməyi zəruri sayır

23.09.2026 14:55 63
Dünya futbolu
Viktor Dyökereş tezliklə klubunu dəyişmək istəyir. O, qışda “Arsenal”ı tərk etmək niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, “CaughtOffside”ın jurnalisti Mark Brasın məlumatına görə, 28 yaşlı isveçli futbolçu klubda layiqincə qiymətləndirilmədiyini düşünür. O, əsas heyətdəki yerini itirdiyi üçün “Arsenal”dakı durumundan narazıdı.

Viktor cari mövsümdə keçirdiyi 5 oyunda qol vura bilməyib və bu matçların yalnız 2-də start heyətində meydana çıxıb. O, karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Hücumçunun menecerləri artıq “Milan”, “Yuventus”, “Əl-Əhli” və “Əl-İttihad” klubları ilə ilkin danışıqlar aparmağa başlayıblar.