O, artıq “Liverpul”un oyunçusudu

22.06.2025 03:56 18
Dünya futbolu
Florian Virts artıq “Liverpul”un futbolçusudu.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Bayer-04”ün yarımmüdafiəçisinin transferini rəsmən açıqlayıb.

22 yaşlı almaniyalı futbolçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer-04”ə 150 milyon avro ödəyib. Virtsin müqaviləsinin müddətinin 2030-cu ilə qədər qüvvədə olacağı da bildirilib.

Florian son mövsümdə 45 oyuna çıxaraq 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.