Mikel Artetanın “Arsenal”ı daha uzun müddət çalışdırmaq şansı var.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis klubla yeni müqavilə üzrə danışıqlarda prinsipial razılığa gəlib. BBC telekanalının məlumatında tərəflərin artıq danışıqların sonuncu mərhələsinə başladığı bildirilir. Prosesin tezliklə yeunlaşacağı da qeyd edilir.
Məlumatda Artetanın illik maaşının artırılacağı bildirilir. 44 yaşlı məşqçinin hazırkı müqaviləyə görə illik məvacibi 10 milyon funt sterlinqdi. Onun tezliklə dünyanın ən ödənişli məşqçilərindən biri olacağı da xəbər verilir.
Arteta “Arsenal”ı 2019-cu ilin dekabrından çalışdırır. O, komandanı ötən mövsüm İngiltərə çempionluğuna daşıyıb.
Dünyanın ən ödənişli məşqçilərindən biri olacaq
Dünya futbolu






