“Kəpəz”in futbolçusu sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Misli premyer-liqasının “Sumqayıt”la yarımçıq dayandırılan oyununda zədələnən “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədovun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Futbolçunun təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu səbəbdən Səmədov növbəti turda “Araz-Naxçıvan”a qarşı keçiriləcək oyunu buraxa bilər.
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Ölkə futbolu






