Misli premyer-liqasında yaranan fasilədən istifadə edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas istirahətə çıxıb. O, istirahətini həyat yoldaşı ilə birgə Azərbaycanın bölgələrində keçirir.
"Football-plus.az" xəbər verir ki, litvalı mütəxəssis sosial şəbəkə hesabında Lahıc (İsmayıllı), Laza (Qusar) və Qəbələdən görüntülər yayımlayıb.
Dambrauskas paylaşımına “Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdu…” şərhini yazıb.
Dambrauskas İsmayıllı, Qusar və Qəbələni gəzir
Ölkə futbolu





