Nə qəribə təsadüf: Valdas adının 100 ili tamam olur!

1.01.2026 10:00 29
Ölkə futbolu / Aktual
Uzun müddətdən sonra ölkə çempionatında “Qarabağ”ın qarşısına çıxacaq komanda var – “Sabah”. Bu həm də Qurban Qurbanova çətinlik yaradacaq baş məşqçi deməkdi. Onun soyadı Dambrauskas, adı isə Valdasdı.

Düzdü, üç mövsüm əvvəlki “Sabah” da çox güclü idi. Amma çempion olacaq qədər yox. İndi isə elə bunu bacara biləcək “Sabah”dı!

“Valdas” sözünün mənası “idarə edən”, “hökmran” deməkdi. Bu ad Litvada ilk dəfə 1926-cı ildə doğulan siyasətçi Valdas Adamkusa qoyulub. Ölkəsinin ən şöhrətli şəxsiyyətlərindən biri olan Valdas elə adı kimi hökmranlıq edib. Adaşının yüzilliyində Dambrauskas Azərbaycan çempionu ola bilərmi?

Öz ölkəsinin çempionatında dominantlıq edən baş məşqçinin növbəti hədəfi Azərbaycandı. Bacararmı? Niyə də yox! Maliyyə problemi yoxdu, istənilən şərait, infrastruktur var, futbolçu keyfiyyəti də necə lazımdı.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul