Bir nəhəng klubdan digərinə keçdi

20.09.2026 14:46 18
Dünya futbolu
Vinsent Cozef “Liverpul”u tərk edib. Yeniyetmə hücumçunu “Arsenal” transfer edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Vinsent “Liverpul”un akademiyasında 9 il keçirib. O, ötən mövsüm klubun U-18 komandasında keçirdiyi ilk 2 oyunda 3 qol vurub. İstedadlı futbolçu İngiltərənin U-16 yığmasında da yüksək məhsuldarlığı ilə seçilib. Cozef bu komandada 9 oyuna 8 qol vurub və 1  məhsuldar ötürmə edib.

16 yaşlı hücumçu ilə “Mançester Yunayted” və “Çelsi” də maraqlanırdı, lakin Vinsent karyerasını “Arsenal”da davam etdirməyə üstünlük verib.