Rüfətin komandası yenə uduzdu

20.09.2026 11:23 72
Dünya futbolu
İsrail çempionatında 5-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” səfərdə “Hapoel” (Beer Şeva) ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət matçın 68-ci dəqiqəsində - hesabda geridə olduqları zaman meydana çıxıb.

Onun komandası 3 xalla 12-ci pillədə qərarlaşıb.