"Sumqayıt" "Traktor"un qapıçısını transfer etdi

19.09.2026 20:52 27
Ölkə futbolu
“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Sumqayıt təmsilçisi son klubu Təbrizin “Traktor” kollektivi olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı isveçli futbolçu “16” nömrəli formada çıxış edəcək.

“Malmö”nün yetirməsi olan Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.