"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi

5.07.2026 12:43 22
Ölkə futbolu
"Kəpəz"in yay fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmilçisi 3-cü - sonuncu yoxlama matçında "Sumqayıt"la qarşılaşacaq. Görüş iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.

"Kəpəz"in iyulun 14-də "Qəbələ", iyulun 20-də isə "Şamaxı" ilə qüvvəsini sınayacağı bəlli idi.