La Liqada ötən mövsümü 3-cü yerdə başa vuran “Vilyarreal” cari mövsümə çox pis başlayıb.
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi ilk 5 oyunun ikisində heç-heçə etmiş, üçündə uduzmuşdu. “Football-plus.az” xəbər verir ki, “sarı sualtı qayıq”, nəhayət, qələbəyə sevinib. Dünən gecə “Malaqa”nın qonağı olan “Vilyarreal” 12-ci dəqiqədə qapısında qol görsə də, sonrada üç qol vurmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. “Sarılar”ın heyətində Moleyro və Geye (dubl) fərqlənib.
“Sabah”ın rəqibinin heyəti: Qulaçi, Kardona, Veyqa, Navarro, Frimen, Komesanya (Geye, 37), Saliba (Masia, 80), Ahomaş (Romero, 63), Byukenen, Moleyro (Mourinyo, 80), Peres (Mikautadze, 63).
Xatırladaq ki, “Sabah” “Vilyarreal”la dekabrın 8-də səfərdə qarşılaşacaq.
“Sabah”ın rəqibi ilk qələbəsini qazandı
Dünya futbolu





