"Sabah"ın 8 rəqibindən ikisi "yoxa çıxdı" - "Arsenal" və "Napoli"...

1.09.2026 13:17 4
Avrokuboklar
“Sabah”ın U-19 komandasının Gənclər Liqasının liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”la (İspaniya) qarşılaşacaq. Çempionlar Liqasının əsas mərhələsində yarışacaq əsas komandadan fərqli "Sabah" və digər 35 klub Gənclər Liqasının Liqa mərhələsində 8 yox, 6 oyun keçirəcək. Yəni "Sabah"ın Gənclər Liqasındakı rəqibləri sırasında "Arsenal"la "Napoli" yoxdu.
“Sabah”ın oyunlarının təqvimi belədi:
10 sentyabr: “Mançester Yunayted” – “Sabah”
13 oktyabr: “Sabah” – “Slaviya”
20 oktyabr: “Sabah” – “Borussiya” Dortmund
4 noyabr: “Vikinq” – “Sabah”
25 noyabr: “Sabah” – “Barselona”
8 dekabr: “Vilyarreal” – “Sabah”

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul