Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə start verilib. Birinci yarış günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov rinqə çıxıb.
Football-plus.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan Avropa çempionatının mükafatçısı 1/8 final çərçivəsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 (30:26, 30:24, 30:24, 30:24, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
İsgəndərov növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. 1/8 final çərçivəsində Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.