Rafinyanın məsələsi həll olundu

21.05.2025 18:24 9
Dünya futbolu
[b][/b]Nəhayət, Rafinyanın məsələsi həllini tapıb.

“Barselona” rəhbərliyi onula yeni razılıq əldə edib. İnsayder Fabritsio Romanonun məlumatına görə, braziliyalı vingerlə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılacaq. Bu, komandanın baş məşqçisi Hans-Diter Fliklə imzalanacaq yeni sözləşmədən sonra baş verəcək.

Rafinyanın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. O, bu mövsüm “Barselona”nın heyətində 56 oyunda meydana çıxıb, 34 qol vurub və 25 məhsuldar ötürmə edib.