Rusiya çempionatının 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” də dünən meydana çıxıb. İqor Osinkinin çalışdırdığı komanda səfərdə əsas rəqiblərindən biri “Veles”lə qarşılaşıb. Cənublular 90+3-cü dəqiqədə vurduğu qolla 2:1 hesablı qələbə qazanıb. Start heyətində yer alan Ramil 68-ci dəqiqədə Fyodorovla əvəzlənib. Qələbə topunu da məhz Fyodorov vurub.
Yığmamızın üzvü indiyə qədər 6 oyuna çıxsa da, hələ ki qol hesabını aça bilməyib. Əlbəttə, mərkəz hücumçusu mövqeyində oynayan futbolçu üçün arzuolunmaz haldı. Turnir cədvəlindəki duruma gəlincə, 28 xal toplayan “Nijni Novqorod” liderdi. “Soçi” ilə “Veles” 22 xalla 2-3-cü yerləri bölüşür. Xatırladaq ki, ilk iki yeri tutan komandalar elitaya birbaşa vəsiqə qazanır.
ORXAN
Ramil Şeydayevin komandası elitaya doğru – qol hesabını nə vaxt açacaq?
Dünya futbolu






