Ramil Şeydayev bu gün zirvəyə yüksələ bilər!

5.09.2026 16:15 14
Dünya futbolu
Bu gün Rusiya çempionatının 1-ci liqasında 10-cu turun oyunları keçiriləcək.

Turu Azərbaycan futbolu üçün əlamətdar edən bir önəmli detal var. “Football-plus.az” xəbər verir ki, heyətində Ramil Şeydayevin də olduğu, 19 xalla 3-cü pillədə qərarlaşan “Soçi” bu gün lideri – “Nijni Novqorod”u qəbul edəcək. Rəqib 22 xalla zirvədə qərarlaşıb. Yəni “Soçi” evdə “Nijni Novqorod”u məğlub edəcəyi təqdirdə liderliyə yüksələ bilər.

Düzdü, 2-ci pillədə qərarlaşan “Veles”in 21 xalı var. Ancaq bu komanda da hesabat turunda zəiflərdən sayılmayan “Ufa”nın qonağı olacaq. Kəsəsi, “Soçi”nin liderliyə yüksəlmək baxımından yaxşı şansı var.

“Soçi” – “Nijni Novqorod” oyunu Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

ORXAN