Rafael Markesin Meksika yığmasına gözlənilən təyinatı rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, o, baş məşqçi vəzifəsindən dünya çempionatından sonra ayrılan Xavyer Agirreyə xələf olub. Meksika Futbol Federasiyasının məlumatında Markes ilə imzalanan müqavilənin müddətinin 2030-cu ilin yayınadək nəzərdə tutulduğu bildirilib.
47 yaşlı mütəxəssis 2024-cü ildən milli komandanın məşqçilər heyətinə daxil idi. Markesin Meksika yığmasında 1997-2018-ci illərdə 147 oyun keçirdiyini və 17 qol vurduğunu da xatırladaq.
Gözlənilən təyinat rəsmiləşdi
Dünya futbolu






