Bütün həmkarlarını arxada qoydu

15.09.2026 14:59 36
Dünya futbolu
İngiltərə premyer-liqasında avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Sergey Yakiroviç olub. 49 yaşlı mütəxəssisin çalışdırdığı “Hall Siti” ötən ay keçirdiyi 3 oyunda 7 xal toplayıb. Komanda “Mançester Yunayted” (2:0) və “Koventri”ni (1:0) məğlub edib, “Aston Villa” ilə heç-heçə edib (0:0).

Qeyd edək ki, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” ötən mövsüm Yakiroviçin rəhbərliyi altında çempionşipdən premyer-liqaya çıxıb.